Futbol üzrə Türkiyə I Liqasında X turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mert Çelikin formasını geyindiyi "Sivasspor" səfərdə "Bandırmaspor"un qonağı olub.

 

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Mert də bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 26 yaşlı mərkəz müdafiəçisi sona qədər meydanda qalıb.

 

Xallarını 12-yə yüksəldən "Sivasspor" turnir cədvəlinin XI pilləsində qərarlaşıb.