Azərbaycan Şahmat Federasiyası şahmat üzrə məşqçi-müəllimlərin inkişafı üçün tədbirlərini davam etdirir. Sport24.az zəbər verir ki, AŞF-nin Məşqçilər Komissiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil olunacaq.

 

Seminarlar həftədə 2 dəfə olmaqla 3 səviyyə üzrə 7 fərqli qrupda keçirilir. Seminarlara 40-dan artıq rayon və şəhərdən 342 məşqçi-müəllim qeydiyyatdan keçib.

 

Onlayn seminarlar bugündən etibarən start götürür və 3 ay müddətində davam etdirilməsi planlaşdırılır. 

Qeyd edək ki, AŞF-nin Məşqçilər Komissiyası məşqçilərin qruplar üzrə bölgüsünü iyun ayında təşkil olunan 2 onlayn sınaq imtahanlarının baza nəticələrini nəzərə almaqla təşkil edib.