Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb. Sport24.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.

7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi kubalı Reyneris Salas Peres olacaq.

Xatırladaq ki, digər sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) finalda Takuto Otoquro (Yaponiya) ilə qarşılaşacaq.