Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda yarışacaq. Sport24.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançımızın 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəlib.

Buna görə Manolova təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Bu, avqustun 3-də keçiriləcək.