Tokio-2020 Yay Olimpiya Oyunlarında 61 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan karateçisi İrina Zaretskanın yarımfinaldakı rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, idmançımız finala vəsiqə uğrunda Çini təmsil edən Li Qonaq üz-üzə gələcək.

Qeyd edək ki, bu çəkidə yarımfinal görüşlərinin Bakı vaxtı ilə saat 14:20, finalın isə 14:55-də başlanması nəzərdə tutulub.