Tokio-2020 Yay olimpiya oyunlarında qalmaqal yaşanıb. Sport24.az xəbər verir ki, boks üzrə Fransa millisini təmsil edən, əslən azərbaycanlı olan Murad Əliyev (+91 kq) ¼ final mərhələsində britaniyalı Freyzer Klarka uduzduqdan sonra qalmaqala səbəb olub. 

İlk raundda Əliyevlə toqquşmadan sonra britaniyalının sol gözünün üstündə, ikinci raundda isə sağ gözünün üstündə kəsik əmələ gəlib. Həkim Klarkı müayinə etdikdən sonra döyüşə davam etməsinə icazə verib.

Lakin hakimlərdən biri Muradın rəqibini bilərəkdən zədələdiyini, qaydaları pozduğunu bildirib və onun diskvalifikasiya edib. Bundan qəzəblənən Əliyev hakimlərə və ona yaxınlaşan rəqibi Klarka sərt şəkildə etiraz edib. Özündən çıxan həmyerlimiz ardınca kameraya baxaraq hakimləri işarə edərək qışqırmağa başlayıb.

Bir neçə dəqiqə sonra isə rəqibi ilə əl sıxışan Murad, rəqibini rinqdən yola saldıqdan sonra özü rinqi tərk etməmək qərarına gəlib. O, bunu hakimlərin qərarına etiraz əlaməti olaraq edib. Hakimlərlə danışmaq üçün rinqi tərk edən boksçu yenidən bura qayıdaraq yerdə əyləşib və hakimlərin qərarına etiraz etməyə davam edib. Bir saatdan sonra isə Əliyevi sakitləşdirmək mümkün olub və o, rinqi tərk edib (sportal.az).