"Paralimpiya Oyunlarında 5-ci dəfə fəxri kürsüyə yüksəldim". Sport24.az xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı Raman Saley deyib.

 

S12 kateqoriyasında 100 m məsafəyə arxasıüstə üzmədə fəxri kürsüdə yer paraüzgüçü Fransa paytaxtında növbəti yarışlarda da uğur qazanmağl hədəfləyib: "Qarşıda məni daha 3 üzmə üsulunda mübarizə gözləyir. Çalışacağam Azərbaycanı layiqincə təmsil edim. Bunun üçün əlimdən gələni edəcəyəm".

 

Qeyd edək ki, Raman Saley Paris-2024 Paralimpiadasında daha 3 kateqoriyada çıxış edəcək. İdmançımız sentyabrın 2-də S13 kateqoriyasında 50 m məsafəyə sərbəst, 4-də S12-də 100 m məsafəyə sərbəst, 7-də isə S12-də 100 m məsafəyə batterflyay üsulla üzmədə mübarizə aparacaq.