Bu gün Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutacaq. Sport24.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək tədbir Fransada iki, Parisdə ilk dəfə həyata keçəcək. 

 

Mərasimdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar. Ümumilikdə turnirdə 22 idman növündə mübarizə gedəcək. Açılış mərasimi "Konkord Palas"da təşkil ediləcək.

 

Ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunacaq. Bunlar parataekvondoçular Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq), paraüzgüçülər Könül Süleymanova, Raman Saley, Vəli İsrafilov, paracüdoçular Dürsədəf Kərimova (+70 kq), Xatirə İsmiyeva (+70 kq), İlham Zəkiyev (+90 kq), paraatletlər Rüfət Rəfiyev, Oloxan Musayev (hər ikisi nüvə itələmə), Səid Nəcəfzadə, Orxan Aslanov (hər ikisi uzunluğa tullanma), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış), paraatıcılar Kamran Zeynalov, Aybəniz Babayeva, parakamandan oxatmada mübarizə aparan Cahan Musayev və parapauerliftinqçi Ceyhun Mahmudovdur (54 kq).

 

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.