Azərbaycan Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 24-cü pilləyə yüksəlib. Sport24.az xəbər verir ki, Fransaya yollanan idmançılarımızın aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.

 

Ötən gün Azərbaycan paraüzgüçüsü Raman Saley gümüş medal qazanıb. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medal əldə edib.

 

Siyahıya Çin (20 qızıl, 15 gümüş, 7 bürünc) başçılıq edir. Böyük Britaniya (11 qızıl, 8 gümüş, 6 bürünc) ikinci, Braziliya (8 qızıl, 3 bürünc, 12 bürünc) üçüncüdür.

 

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.