Parataekvondoçumuz Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

 

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

 

Qeyd edək ki, bu nəticənin ardından Azərbaycan Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.