Ümumdünya Antidopinq Agentliyinin ( WADA ) Uyğunluq Komitəsi ABŞ Antidopinq Agentliyini ( USADA) yoxlamağa başlayıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, USADA yoxlama nəticəsində uyğunluq statusundan məhrum edilərsə, 2028 və 2034-cü illərdə ABŞ-da keçirilməsi planlaşdırılan Olimpiya Oyunlarının keçirilməsi risk altında olacaq.

 

USADA ilə WADA arasında münaqişə 2021-ci ildə Tokio Oyunlarından əvvəl bəraət qazanan 23 Çinli üzgüçünün dopinq işinin dərcindən sonra alovlanıb. USADA WADA və Beynəlxalq Üzgüçülük Federasiyasını çinli üzgüçülərin antidopinq qaydalarının mümkün pozulması faktını ört-basdır etməkdə ittiham edib. ABŞ-ın dövlət rəsmiləri də USADA-nın iddialarını dəstəkləyiblər.

 

2028-ci ildə Yay Olimpiya Oyunları Los-Ancelesdə, 2034-cü ildə isə Solt Leyk Sitidə keçiriləcək.