1980-cı ildə Moskva Olimpiadasında üzgüçülük yarışlarının gümüş mükafatçısı Svetlana Varqanova Hindistanda həbs olunub. Sport24.az xəbər verir ki, o, narkotik maddələrin ticarəti ilə məşğul olmaqda günahlandırırlır.

Hindistan mətbuatının məlumatına görə, rusiyalı sabiq idmançı artıq neçə ildir ki, Qoa şəhərində yaşayır və burada narkotacirliklə məşğul olur. Onunla yanaşı rusiyalı sabiq polis işçisi və “qanuni oğru” da eyni ittihamla cinayət məsuliyyətinə cəlb edilib. İddiaya görə, Varqanova şəxsi obyektdə turist kimi Hindistana səfər edən xarici vətəndaşlara qəlyan təqdim etməklə yanaşı onlara narkotik vasitələr də ötürürmüş.