Paris-2024 Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək. Sport24.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyi Olimpiadada ölkəmizi təmsil edəcək Azərbaycan Olimpiya komandasının posterini və Olimpiada müddətində istifadə ediləcək həştəqləri paylaşıb (#teamaze #bizsizeinaniriq #haydiazerbaycan #haydibizimkiler).

 

Oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

 

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar

Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastika
Zöhrə Ağamirova
Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Batut gimnastikası
Selcan Maqsudova

Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq)
Hacı Əliyev (65 kq)
Turan Bayramov (74 kq)
Osman Nurmaqomedov (86 kq)
Maqomedxan Maqomedov (97 kq)
Giorgi Meşvildişvili (125 kq)

Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq)
Həsrət Cəfərov (67 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (87 kq)
Sabah Şəriəti (130 kq)

Qadın güləşi
Mariya Stadnik (50 kq)

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq)
Malik Həsənov (63,5 kq)
Murad Allahverdiyev (80 kq)
Alfonso Dominqes (92 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Taekvondo
Qaşım Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol
Qadın yığması, 3x3 növü

Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Triatlon
Rostislav Pevtsov

Qılıncoynatma
Anna Başta, (sablya)

Kamandan oxatma
Yaylagül Ramazanova

Üzgüçülük
Məryəm Şeyxəlizadəxangah
Ramil Vəlizadə

Cüdo
Balabəy Ağayev (kişilər, 60 kq)
Yaşar Nəcəfov (kişilər, 66 kq)
Hidayət Heydərov (kişilər, 73 kq)
Zelim Tçkayev (kişilər, 81 kq)
Elcan Hacıyev (kişilər, 90 kq)
Zelim Kotsoyev (kişilər, 100 kq)
Uşanqi Kokauri (kişilər, +100 kq)
Leyla Əliyeva (qadınlar, 48 kq)
Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)