Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərində Liqa yarışları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycanın gənc karateçiləri yarışı 2 medalla başa vurublar.

Millinin heyətində Gülay Orucova (59 kq) bütün rəqiblərinə qalib gələrək, qalib adına yiyələnib. Fərid Hacızadə (55 kq) isə finalda uduzaraq, ikinci yeri tutub.