Azərbaycan Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan təmsilçilərini təbrik edib.

Sport24.az xəbər verir ki, dövlət başçısı, bununla bağlı “tvitter” hesabında paylaşım edib:

“Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!”