Macarıstanın paytaxtı Budapeşt 2036-cı il Yay Olimpiya Oyunlarında evsahibliyi edə bilər. Sport24.az xəbər verir ki, bunu ölkənin baş naziri Viktor Orban deyib.

 

Baş nazirin sözlərinə görə ölkəsində olimpiadanı təşkil etmək üçün yetərincə idman obyekti var: "İstəsək 2036-cı ildə Oyunları keçirə bilərik. Macarıstanda kifayət qədər müasir idman qurğuları var. Bəzi arenaları kiçik təmirlə tam hazır vəziyyətə gətirə bilərik. Məncə, Budapeştdən yaxşı variant ola bilməz".

 

Qeyd edək ki, 2028-ci ildə olimpiadaya Los-Anceles, 2032-ci ildə isə Brisben evsahibliyi edəcək.