Qadınlardan ibarət 3x3 basketbol millimiz Olimpiya Oyunlarında növbəti görüşündə məğlubiyyətə uğrayıb. Sport24.az xəbər verir ki, III turda Fransa ilə qarşılaşan yığmamız 10:15 hesabı ilə yarışı başa vurub.

 

İlk turda İspaniyaya 16:18 hesabı ilə uduzan seçmə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlmişdi.

Növbəti görüşdə millimiz Almaniya yığmasına qarşı mübarizə aparacaq.