Milli Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi rəsmiləri Paris-2024 Yay Paralimpiya Oyunlarda iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüşüb. Sport24.az xəbər verir ki, Atletlər kəndində baş tutan görüşdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

 

Daha sonra Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançılarımıza uğurlar arzulanıb. Onların yarışda parlaq qələbələrə imza atmaq əzmində olduqları bildirilib.