Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında bu gün Belçika və İngiltərə yığmaları arasında keçirilən 3-cü yer uğrunda matçın ən yaxşı oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Belçika yığmasının hücumçusu Eden Azar seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Belçika yığması bu oyunda 2:0 hesabıyla qalib gələrək mundialın bürünc medallarını qazanıb. Azar komandasının qələbəsinə 1 qolla töhfə verib.
“Çelsi”nin şərəfini qoruyan futbolçu bu mundialda üçüncü dəfə ən yaxşı seçilib. O, Yaponiyaya 3:2, Tunisə 5:2 hesabıyla qalib gəldikləri oyunlarda da matçın ən yaxşısı olmuşdu.