Beşiktaş"ın Avropa Liqası Liqa fazasının 5-ci turu çərçivəsində "Makkabi" (Təl-Əviv) ilə keçirəcəyi ev oyununun məkanı müəyyənləşib. Sport24.az xəbər verir ki, matç Macarıstanın Debretsen şəhərində təşkil olunacaq.

 

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Təhlükəsizlik məsələlərinə görə görüş azarkeşsiz oynanılacaq.

 

Qeyd edək ki, "Beşiktaş" - "Makkabi" qarşılaşması 28 noyabr tarixində baş tutacaq.