Futbol üzrə Fransa yığmasının üzvü Alfons Areola bu komandanın tarixinə düşüb. Sport24.az xəbər verir ki, o, milli komandada debüt etmədən dünya çempionu adını qazanan ilk fransalı futbolçu olub.

PSJ-nin şərəfini qoruyan qolkiper DÇ-2018-də Fransa yığmasının heyətində meydana çıxmayan iki futbolçudan biri oldu. Onunla yanaşı, Marsel “Olimpik”inin müdafiəçisi Adil Rami də Rusiyadakı mundialda forma şansı qazanmadı. Lakin Areoladan fərqli, Rami Fransa yığmasında 30-dan çox oyun keçirib. Hətta 32 yaşlı futbolçu DÇ-2018 bitən kimi milli karyerasını başa vurduğunu açıqlayıb. 25 yaşlı Areola isə hələ də ölkəsinin millisində rəsmi oyuna çıxmayıb.