FİFA İngiltərə Futbol Federasiyasını cəzalandırıb. Sport24.az xəbər verir ki, ali futbol qurumunun İntizam Komitəsi bu ölkənin futbol federasiyasına 70 min İsveçrə frankı cərimə kəsib.
Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, İngiltərə yığması Rusiyada təşkil olunmuş dünya çempionatında FİFA-nın marketinq qaydalarını pozduğuna görə cərimə olunub.