Azərbaycanın yunan-Roma güləşçiləri Tümen şəhərində keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar. Sport24.az xəbər verir ki, Eldəniz Əzizli (60 kq) və Ülvi Qənizadə (72 kq) finala vəsiqə qazanıblar.

 

Onlar həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medal qazanıb.

 

Ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib.