Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının qalibləri və medalçılarını, eləcə də onların məşqçilərini dövlət mükafatları ilə təltif edib. Sport24.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu, ölkənin Müstəqillik Gününün 33-cü ildönümündə keçirilən olimpiyaçılarla görüş zamanı baş verib.

 

Mükafatçıların siyahısına azərbaycanlı Pərviz Nəsibov da daxil olub. Paris 2024 Yay Olimpiya oyunlarında 67 kq çəki dərəcəsində gümüş medal əldə edən güləşçi 2-ci dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edilib.

 

Xatırladaq ki, Ukraynanı təmsil edən azərbaycanlı idmançı Tokio 2020də də gümüş medal qazanıb.