Qadın güləşi üzrə yığmamız Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışını davam etdirir.

Sport24.az xəbər verir ki, mayın 17-dən yerli komandayla birgə hazırlıq keçən millimizin heyətində 8 güləşçi yer alıb.

Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında toplanışda Türkan Nəsirova, Şəhanə Nəzərova (hər ikisi 50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (59 kq), Jalə Əliyeva, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Elis Manolova (65 kq) iştirak edir.

İyunun 1-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılıb.

Millimiz toplanış başa çatdıqdan sonra iyunun 2-dən 5-dək Almatıda keçiriləcək Bolat Turlıxanov Kubokunda iştirak edəcək. Bu yarış həm də ilin 2-ci reytinq turniri statusunu daşıyır.