Hidayət Heydərov "İlin kişi cüdoçusu" seçilib. Sport24.az xəbər verir ki, idmançımız Beynəlxalq Cüdo Federasiyası tərəfindən 2024-cü il üçün bu şərəfə layiq görülüb.

 

Heydərov nüfuzlu mükafata layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib:
"Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm".

 

Qeyd edək ki, Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.