Xorvatiyanın paytaxtı Zaqrebdə güləşçiləin reytinq turniri davam edir. Sport24.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları da çıxış edirlər.

 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti güləşçilərimizin nəticələrini təqdim edib.

 

Yunan-Roma güləşi

55 kq

Elmir Əliyev A qrupunda iranlı Mehdi Əhədiyə (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. O, yarımfinalda amerikalı Bredi Kuntsudan güclü olub - 5:0. Elmir finalda Əhədiylə güləşəcək.

 

60 kq

Eldəniz Əzizli startda özbəkistanlı Mehrac Bəhramova uduzub - 0:9.

Nihat Məmmədli israilli Melkamu Feteneyə tam üstünlüklə (11:1) qalib gəlsə də, 1/4 finalda Bəhramova 6:11 hesabı ilə məğlub olub.

Hüseyn Qəribov debütdə serbiyalı Georgi Tibilova uduzub - 0:6. O, təsəlliverici görüşdə israilli Abere Fetenendən güclü olub - 4:1. Hüseyn üçüncülük üçün iranlı Puya Naserpurla güləşəcək.

 

72 kq

Ülvü Qənizadə ilk mərhələdə çexiyalı Denis Mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib.

Ruslan Nurullayev debütdə macarıstanlı Levente Levaya 1:4 hesabı ilə məğlub olub. O, təsəlliverici görüşdə finlandiyalı Matias Lipastiyə şans verməyib - 11:0. Ruslan üçüncülük üçün iranlı Mohammadreza Gerayi ilə güləşəcək.

 

82 kq

Qurban Qurbanov serbiyalı Uroş Leçiç (8:0) və belaruslu İlya Bitseyev (6:0) üzərində inamlı qələbə qazanıb. O, yarımfinalda iranlı Qolamreza Faroxinsenjaniyə uduzub - 3:11. Qurban üçüncülük üçün rumıniyalı Vasile Koyokla güləşəcək.

 

97 kq

Arif Niftullayev niderlandlı Tirone Sterkenburqa 3:2 hesabı ilə qalib gəlsə də, 1/8 finalda iranlı Şayan Habibzareyə uduzub - 0:8.

Murad Əhmədiyev rusiyalı Maqomed Murtazaliyevi minimal fərqlə (2:1) yarışdan kənarlaşdırsa da, belaruslu Abubakr Xaslaxanova uduzub - 2:12. O, təsəlliverici görüşdə iranlı Hamidreza Badkanı məyus edib - 5:4. Murad üçüncülük uğrunda Habibzareylə güləşəcək.

 

130 kq

Beka Kandelaki Macarıstan güləşçilərinə - Dariuş Viteklə (9:0) Laslo Darabosa (8:2) qalib gəlib. O, yarımfinalda finlandiyalı Konsta Maeenpaeyə məğlub olub - 3:4. Beka bürünc medal üçün rusiyalı Marat Kamparovla güləşəcək.

Sərxan Məmmədov çexiyalı Artur Sarkisyanla amerikalı Kourtney Frimanı 3:1 hesabı ilə məğlub edib. O, yarımfinalda iranlı Əliəkbər Yusifəhmədxaliyə uduzub - 1:9. Sərxan üçüncülük uğrunda macarıstanlı Koppani Laslo ilə güləşəcək.