Azərbaycanın sərbəst güləşçiləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında iki bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, Hüseyn Hüseynov (55 kq) və Muxamed Qantemirov (110 kq) yarışda üçüncü yeri tutub.
Qeyd edək ki, Hüseynov bürünc medal uğrunda yarışda erməni Qaqik Qazaryana, Qantemirov isə gürcü Qiqiya Lukunidze qalib gələrək "bürünc"ə sahib çıxıblar.