Serbiyanın paytaxtı Belqradda keçiriləcək Fərdi Dünya Kubokunun proqramı müəyyənləşib. Sport24.az xəbər verir ki, Yunan-Roma, qadın və sərbəst güləş üzrə təşkil olunacaq turnir dekabrın 12-dən 18-dək davam edəcək.   

Proqrama əsasən ilk yarış günlərində güləşin klassik növündə çıxış edənlər xalça üzərinə çıxacaq. Daha sonra qadınlar mübarizəyə qoşulacaq. Fərdi Dünya Kubokunun son günlərində isə sərbəst güləşçilər qüvvələrini sınayacaqlar. 

Mükafat fondu 300 min İsveçrə frankı olacaq turnirin proqramı belədir:

12 dekabr 14:00-18:00 Yunan-Roma güləşində 55, 67, 72, 77 və 87 kq-da təsnifat görüşləri 21:00-22:30 Bu çəkilər üzrə yarımfinal qarşılaşmaları

13 dekabr 14:00-18:00 Yunan-Roma güləşində 60, 63, 82, 97 və 130 kq-da təsnifat görüşləri 14:00-18:00 Yunan-Roma güləşində 55, 67, 72, 77 və 87 kq-da təsəlliverici qarşılaşmalar 20:30-20:45 Açılış mərasimi 21:00-21:45 Yunan-Roma güləşində 60, 63, 82, 97 və 130 kq-da yarımfinal görüşləri 22:00-01:00 Yunan-Roma güləşində 55, 67, 72, 77 və 87 kq-da medallar uğrunda qarşılaşmalar

14 dekabr 14:00-17:00 Qadın güləşində 50, 53, 55, 62 və 72 kq-da təsnifat görüşləri 14:00-17:00 Yunan-Roma güləşində 60, 63, 82, 97 və 130 kq-da təsəlliverici qarşılaşmalar 20:00-20:45 Qadın güləşində 50, 53, 55 62 və 72 kq-da yarımfinal görüşləri 21:00-23:30 Yunan-Roma güləşində 60, 63, 82, 97 və 130 kq-da medallar uğrunda qarşılaşmalar

15 dekabr 14:00-17:00 Qadın güləşində 57, 59, 65, 68 və 76 kq-da təsnifat görüşləri 14:00-17:00 Qadın güləşində 50, 53, 55, 62 və 72 kq-da təsəlliverici qarşılaşmalar 19:45-20:45 Qadın güləşində 57, 59, 65, 68 və 76 kq-da yarımfinal görüşləri 21:00-23:00 Qadın güləşində 50, 53, 55, 62 və 72 kq-da medallar uğrunda qarşılaşmalar

16 dekabr 14:00-18:00 Sərbəst güləşdə 57, 70, 74, 92 və 125 kq-da təsnifat görüşləri 14:00-18:00 Qadın güləşində 57, 59, 65, 68 və 76 kq-da təsəlliverici qarşılaşmalar 19:45-20:45 Sərbəst güləşdə 57, 70, 74, 92 və 125 kq-da yarımfinal görüşləri 21:00-00:00 Qadın güləşində 57, 59, 65, 68 və 76 kq-da medallar uğrunda qarşılaşmalar

17 dekabr 14:00-18:00 Sərbəst güləşdə 61, 65, 79, 86 və 97 kq-da təsnifat görüşləri 14:00-18:00 Sərbəst güləşdə 57, 70, 74, 92 və 125 kq-da təsəlliverici qarşılaşmalar 19:45-20:45 Sərbəst güləşdə 61, 65, 79, 86 və 97 kq-da yarımfinal görüşləri 21:00-00:00 Sərbəst güləşdə 57, 70, 74, 92 və 125 kq-da medallar uğrunda qarşılaşmalar

18 dekabr 18:30-20:30 Sərbəst güləşdə 61, 65, 79, 86 və 97 kq-da təsəlliverici görüşlər 21:00-00:00 Sərbəst güləşdə 61, 65, 79, 86 və 97 kq-da medallar uğrunda qarşılaşmalar

Qeyd edək ki, saatlar Bakı vaxtı ilə göstərilib.