Sabah Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsinə start veriləcək.

Sport24.az xəbər verir ki, iİki gün davam edəcək yarışda 3 idmançımız mübarizə aparacaq.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edəcək. Görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Sabah qrup mərhələsinin qarşılaşmaları keçiriləcək.

Qeyd edək ki, medallar uğrunda həlledici görüşlər isə iyulun 21-də baş tutacaq.