Oktyabrın 21-dən 27-dək Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, 650-dən çox idmançının iştirak edəcəyi mundialda ölkəmiz 25 güləşçi ilə təmsil ediləcək.
Yunan-Roma növündə 10 klassikimiz xalçaya çıxacaq. Vasif Bağırov (57 kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed Xanıyev (70 kq), Cəbrayıl Qadjıyev (74 kq), Əli Tskayev (79 kq), Arsen Çoyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97 kq) və Yusif Dursunov (125 kq) mübarizə aparacaq.
Qadınların mübarizəsində 50 kq-da Elnurə Məmmədova, 55 kq-da Gültəkin Şirinova, 57 kq-da Jalə Əliyeva, 59 kq-da Gülər Həbibova və 62 kq-da Ruzanna Məmmədova fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacaq.
Sərbəst növdə də 10 güləşçimiz ölkəmizi təmsil edəcək. Bunlar Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərahim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədovdur (125 kq).