İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün mundialda yunan-Roma güləşçilər arasında ilk mükafatçılar bəlli olub.

 

Cocu Səmədov (87 kq) çempionluq döyüşünə çıxıb. Həlledici görüşdə onun rəqibi Asan Janişov (Qırğızıstan) olub. Görüş rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb və idmançımız çempionatı gümüş medalla başa vurub.

 

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.