Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

 

Avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə iki beynəlxalq turnir keçiriləcək.

 

Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının dördüncü mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

 

Qeyd edək ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.