Serbiyada keçirilmiş U-17 Avropa çempionatının birincisi olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb. Sport24.az xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda ictimaiyyət nümayəndələri, idman azarkeşləri, mətbuat təmsilçiləri qarşılayıblar.

 

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Komandanın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.