İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, yarışın 4-cü günündə qadın güləşçilərin mübarizəsi davam edir.


53 kq-da güləşən Əsmər Cankurtaran medalsız qalıb. 62 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova isə bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.

 

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.