İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri medal uğrunda daha 3 çəkidə xalçaya çıxacaqlar.

 

İki güləşçimiz təsnifat, biri isə 1/8 finalda mübarizəyə qoşulacaq.

U-20 dünya çempionatı
Yunan-Roma güləşi
72 kq
Təsnifat mərhələsi

Ruslan Nurullayev ilk görüşdə moldovalı Vasile Zabikanı sınağa çəkəcək.

97 kq
Təsnifat mərhələsi

Mikayıl İsmayılov ilk olaraq meksikalı Dorian Emmanuel ilə üz-üzə gələcək.

82 kq
1/8 final

İsmayıl Rzayevin ilk rəqibi Erlan Mars Uulu (Monqolustan) – Mohammad Yadollah (İran) cütünün qalibi olacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.