Azərbaycan Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha 2 medal qazanıb.

Sport24.az xəbər verir ki, yunan-Roma güləşçilərimiz uğurlu çıxış ediblər.

44 kq çəki dərəcəsində yarışan Qurban Məcnunov bütün rəqiblərini məğlub edərək qızı medal qazanıb. Yusif Mirzəyev (38 kq) isə fəxri kürsünün 3-cü pilləsində yer alıb.