Batut gimnastikası Paris-2024 Yay Olimpiya Oyunlarındakı tarixi anın astanasındadır.

Sport24.az xəbər verir ki, tarixi hadisə batutçuların olimpiya turnirində yaşana bilər.

Bu, böyük britaniyalı Brayoni Peycin adı ilə bağlıdır. Xanım gimnast Olimpiadalardakı medal sayında kanadalı Karen Kokberni keçə bilər.

Şimali amerikalı Sidney-2000-də bürünc, Afina-2004-də gümüş qazanıb. Peyc Rio-2016-nın gümüş, Tokio-2020-nin bürünc mükafatçısıdır. O, çempion olsa, hər üç medalı olan ilk batut gimnastı kimi tarixə düşəcək.

Qeyd edək ki, batut gimnastikasında ilk dəfə Azərbaycan da təmsil olunacaq. Selcan Maqsudova medallar uğrunda mübarizə aparacaq. O, iyulun 23-də Fransa paytaxtına yollanacaq.