Bakı keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günündə təsnifat mərhələsi baş tutacaq.

 

Dünya Kubokunda kişilər sərbəst hərəkətlər, paralel qollar və halqalarla bacarıqlarını nümayiş etdirəcəklər. Qadınlar isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar növlərində mübarizə aparacaqlar.

 

Turnirdə Azərbaycanı Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edəcəklər.

 

Qeyd edək ki, Dünya Kubokuna 35 ölkənin təmsilçiləri qatılıb.