Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə "Plovdiv Cup" adlı beynəlxalq turnir keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti yarışda iştirak edəcək millimizin heyətini açıqlayıb.

 

Dilarə Qurbanova, Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva fərdi yarışlarda mübarizə aparacaq. Vladimir Dolmatovla Mədinə Mustafayevadan ibarət qarışıq cütlük də mükafatlar uğrunda yarışa qoşulacaq.

 

Yığmamızı Plovdivdə iki "üçlük" təmsil edəcək. Vladimir Dolmatov, Mədinə Mustafayeva, Dilarə Qurbanova və Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayevadan ibarət "trio"lar turnirdə mübarizə aparacaq.

 

Millimizə baş məşqçi Mariyan Kolev rəhbərlik edəcək. Lalə Hüseynova turnirin hakimləri arasında yer alacaq.

 

Qeyd edək ki, yarış avqustun 30-dan sentyabrın 1-dək keçiriləcək.