Azərbaycan gimnastları İzmir şəhərində təşkil olunmuş batut üzrə Türkiyə çempionatında uğurlu çıxış ediblər.

Sport24.az xəbər verir ki, böyüklər arasında Selcan Mahsudova, 13-14 yaşlı gimnastlar arasında isə Maqsud Mahsudov qızıl medal qazanıb. Onunla eyni yaş qrupunda çıxış edən Mehdi Əliyev 7-ci olub.

M.Mahsudov, Mehdi Əliyev və Hüseyn Abbasov 13-14 yaşlılar arasında komanda hesabında 2-ci yeri tutublar. Daha bir medalı isə 10-12 yaşlı gimnastların mübarizəsində Ammar Baxşaliyev qazanıb. O da fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycanı yarışda Selcan Mahsudova, Maqsud Mahsudov, Hüseyn Abbasov, Mehdi Əliyev, İbrahim Mustafazadə və Ammar Baxşaliyev təmsil edib.