Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıblar. Sport24.az xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, daha əvvəl akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.