Beynəlxalq Gimnastika Federasiyasının (FIG) təqvimində ilin sonuna kimi iki rəsmi yarış qalıb. Sport24.az xəbər verir ki, söhbət parkur üzrə yeniyetmələr, eləcə də böyüklər arasında keçiriləcək ilk dünya çempionatından gedir.
Hər iki yarış noyabrın 15-17-də Kitakyuşuda (Yaponiya) keçiriləcək.
Qeyd edək ki, Yaponiyanın bu şəhərində əvvəllər də idman və bədii gimnastika üzrə dünya çempionatları keçirilib.