Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası Fransanın Monpelye şəhərindəki dünya çempionatında çıxışını başa vurub. Sport24.az xəbər verir ki, milli komanda üzvlərindən Vladimir Litvintsev martın 26-da sərbəst proqram üzrə son çıxışını edib. O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə Litvintsev 13-cü yerə sahib olmuşdu.

Azərbaycanı dünya çempionatında 4 fiqurlu konkisürən – Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski təmsil edib. Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. Sərbəst proqramda o, 10-cu olsa da, ümumi xal hesabında 9-cu yerlə kifayətlənib.

Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.

Dünya çempionatına bu gün yekun vurulacaq.