Norveçin Lerenskuq şəhərində keçirilən bədii gimnastika üzrə dostluq yarışında Azərbaycan idmançısı uğurlu nəticə əldə edib. Sport24.az xəbər verir ki, fərdi proqramda bədii gimnastımız Mehriban Tağıyeva halqa ilə qızıl, topla çıxışda isə bürünc medal qazanıb.

 

Qeyd edək ki, turnir Xüsusi Olimpiya hərəkatına dəstək layihəsi çərçivəsində baş tutub.