İyunun 3-dən 5-dək Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku keçirilib.

Sport24.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər.

Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıb.

Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə dünya kubokunda əldə olunan ilk qızıl medaldır.