Martın 13-də Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə Dünya kuboku start götürəcək.

Sport24.az xəbər verir ki, 2 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Məşqçilər korpusu Dünya kubokunda Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyevə şans verəcəklər.