Sentyabrın 29-da İtaliyanın Pezaro şəhərində keçiriləcək akrobatika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, 5 gün davam edəcək yarışda 7 idmançı çıxış edəcək.

Raziyə Seyidli və Ağasif Rəhimov qarışıq cütlük proqramında çıxış edəcək. Qadın qrupunda Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə, kişi cütlüyü proqramında Daniel Abbasov və Murad Rəfiyev mübarizə aparacaq.