"Təbii ki, millinin son 2 yoxlama görüşündə məğlub olması mən tərəfindən heç də xoş qarşılanmadı. Ancaq onu da nəzərə almaq lazımdı ki, yığmada nəsildəyişmə porosesi gedir. Millidə hazırda ancaq yerli futzalçılar çıxış edir". Bu sözləri Sport24.az-a açıqlamasında Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.
Bu ay Bosniya və Herseqovinaya yoldaşlıq görüşündə üz-üzə gələn Vitali Borisovun çalışdırdığı komanda hər iki qarşılaşmada böyük hesabla məğlub olub ki, bu da feresaiya rəhbərini narazı salıb. Axundov millinin baş məşqçisinə qarşıdakı seçmə mərhələdə sonuncu şans veriləcəyini də bildirib: "Son yoxlama görüşlərində qeydə alınan nəticələr məni də məyus edib. Yığma yenidən formalaşsa da böyük hesabla yenilmək hamımızı məyus etdi. Borisov üçün qarşıdakı seçmə mərhələ son şans olacaq. Ondan sonra, daha dəqiq desəm, nəticəyə uyğun onun yığmadakı gələcəyi ilə bağlı qərar veriləcək".
Qeyd edək ki, Vitali Borisovun rəhbərlik futzal millisi noyabrda 2 görüşdə Bosniya və Herseqovina ilə qarşılaşıb. Və hər iki görüşdə məğlub olub - 0:7, 1:5