Bu gün keçirilən 3 oyunla futzal üzrə Yüksək Liqada qış fasiləsinə yekun vurulub və 3-cü dövrəyə start verilib.

Sport24.az xəbər verir ki, turun ilk və mərkəzi matçında “Neftçi” ilə “Baku Fire” komandaları qarşılaşıblar.

Dörd qolun qeydə alındığı bu oyunda “Neftçi” məğlubiyyətlə üzləşib. Lider “Araz Naxçıvan” isə “Alyans”la oyunda 19 qola sevinib. Turun son oyunu daha gərgin keçib. Hesabı U-19 açsa da, yekunda “Record” qələbə qazanan tərəf olub.

Yüksək Liqa
11-ci tur

2 fevral

Baku Fire - Neftçi İK 3:1
Qollar: Oktay Rüstəmli, 12:21; 31:28; 35:45 - Behzad Hassanzadeh, 39:23.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Şakir Quliyev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 14:00.

Araz Naxçıvan - Alyans (Lənkəran) 19:4
Qollar: Nata Felipe de Moraes, 5:24; 6:49; 26:21; 31:33; 35:06; 39:59. Katatau, 6:16; 19:25; 25:18. Xəzər Ağalızadə, 8:21; 27:55; 30:18; 39:30. Ramiz Çovdarov, 11:02; 14:12; 21:25. Felipinyo, 12:21. Viktor Ponse, 17:40. Novruz Kazıxanov, 18:44 - Aqa Takliq Ali, 15:16; 33:24; 34:24. Elşən Əliyev, 37:22. 
Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 16:00.

U-19 - Record 4:7
Qollar: Raul Məmmədov, 6:43; 16:26. İlham Alıyev, 28:04. Fərid Abbasov, 35:55 - Emil Valehov, 13:33; 25:07. Mahdi Rahmanifar, 16:13; 22:49; 39:21. Mojtaba Vali, 32:48; 37:54.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ergün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:00.

Xal: Araz Naxçıvan – 31. Baku Fire – 25. Neftçi İK – 20. Record – 15. U-19 – 3. Alyans -  3.